Elektron razılaşma

1. Ümumi məlumat:

“Yüksəliş” müsabiqəsi (bundan sonra “Müsabiqə”) idarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasına dəstək verən, Müsabiqənin tələblərinə cavab verən hər kəsə açıq müsabiqədir. Müsabiqənin rəsmi dili Azərbaycan dilidir. Müsabiqənin rəsmi internet səhifəsi www.yukselish.az səhifəsidir.

2. Müsabiqədə ekspert qismində iştirak etmək istəyən namizədlərə qoyulan tələblər

Qeydiyyat üçün namizədlərdən tələb olunan meyarlar:

  • Azərbaycan vətəndaşı olmaq;
  • Səlis Azərbaycan dili;
  • İş təcrübəsi — 5 ildən az olmayaraq;
  • Sahələr: insan resursları, psixologiya, kouçinq, idarəetmə, təhsil (müəllimlər və s.);
  • Yumşaq bacarıqlar (əsasən diqqətlilik, informasiyanın təhlili və qərarların verilməsi).
  • 2026-cı ilin iyun - iyul aylarında ən azı 6 tam iş günü (3 gün - yarımfinal və 3 gün - final olmaqla) ərzində davam edən təlimlərdə tam iştirak etmək.
  • İyul ayının əvvəli yarımfinal, iyul ayının 2-ci yarısında isə final mərhələsində ən azı 2 tam gün ekspert qismində tam iştirak etmək

Qeyd: 2021–2025-ci illərdə "Yüksəliş" müsabiqəsində iştirakçı olmuş namizədlər müsabiqədə ekspert qismində iştirak edə bilməzlər.

3. Müsabiqədə ekspertlərin rolu

Baş ekspert

  • Müsabiqənin yarımfinal və finaldan öncə təşkil olunacaq təlimlərinin hər birində minimum 3 (üç) tam gün tam iştirak etmək
  • Müsabiqənin yarımfinal və final mərhələlərinin hər birində müvafiq olaraq minimum 2 (iki) tam gün tam iştirak etmək
  • Təyin olunmuş ekspertlərin işini təşkil etmək
  • Təyin olunmuş ekspertlərin təlimatları tam anladıqlarını və təlimatlara uyğun icra etdiklərinə nəzarət etmək
  • Ekspertləri masalar arasında yerləşdirmək
  • Tapşırıqların vaxtına nəzarət etmək
  • Hər tapşırıqdan sonra ekspertlərdən qiymətləndirilmənin nəticələrini toplamaq və təlimatlara uyğun olduğuna nəzarət etmək, nəticələri imza ilə təsdiqləmək
  • İştirakçılar arasında maraqların toqquşması halında oturacaq yerlərinin dəyişdirilməsini təmin etmək
  • Mübahisəli vəziyyətlərdə, həll variantları barədə rəy vermək

Ekspert

  • Müsabiqənin yarımfinal və finaldan öncə təşkil olunacaq təlimlərinin hər birində ən azı 3 (üç) tam gün tam iştirak etmək
  • Müsabiqənin yarımfinal və final mərhələlərinin hər birində müvafiq olaraq minimum 2 (iki) tam gün tam iştirak etmək
  • Təqdim olunan metod və qiymətləndirmə formalarına uyğun olaraq iştirakçıları qiymətləndirmək
  • İştirakçılar arasında maraqların toqquşması halında baş ekspertə bunu bildirmək
  • Qiymətləndirmə vərəqələrini təhkim olunmuş ekspert ilə birgə dəqiq və vaxtında doldurmaq və baş ekspertə təqdim etmək
  • Mübahisəli vəziyyətlərdə baş eksperti məlumatlandırmaq
  • Təyin olunmuş baş ekspertin və təşkilatçıların təlimatlarını icra etmək

4. Müsabiqədə iştirak etmək üçün şərtlər

  • Təlimləri uğurla bitirən ekspertlər müvəffəqiyyət diplomu ilə təltif olunacaq və Müsabiqədə ekspert qismində iştirak hüququnu qazanacaq.
  • Müsabiqənin yarımfinal mərhələsində iştirak edən ekspertlərin fəaliyyəti qiymətləndiriləcək və qiymətləndirmənin nəticələri əsasında final mərhələdə iştirak üçün seçiləcək.
  • Yarımfinal və final mərhələsində ekspert təlim zamanı verilən təlimatlara uyğun olaraq (interpretasiya olmadan) qiymətləndirmə aparacaq. Təlimatlara uyğun qiymətləndirmə aparmayan ekspert Müsabiqədən kənarlaşdırılacaq.
  • Ekspertlər iştirakçıların müzakirələrinə müdaxilə etməyəcək.
  • Təlimata uyğun olaraq ekspert vaxtında qiymətləndirmə formasını tam doldurub təyin olunmuş baş ekspertə təhvil verəcək.
  • Təşkilat qrupu tərəfindən təyin olunmuş baş ekspertlərin təlimatlarını icra etmək, ehtiyac olduqda ona dəstək üçün müraciət etmək.

5. Məxfilik və etik davranış

  • Təlimlər və Müsabiqə zamanı əldə olunmuş bütün məlumat və sənədləri “Yüksəliş”-ə (“Yüksəliş”-in təyin etdiyi əlaqələndirici şəxsə) təhvil vermək.
  • Müsabiqəyə aid olan bütün məlumatları (o cümlədən, aşağıda qeyd olunanlar) məxfi saxlamaq.
    • - iştirakçılar haqqında məlumatlar (şəxsi, qiymətlər, müşahidələr və s.).
    • - müsabiqəyə aid olan kompetensiya modeli və onların qiymətləndirməsi üçün müvafiq indikatorlar.
    • - müsabiqədə istifadə olunan keyslər.
  • Məxfilik müsabiqə müddəti və müsabiqədən sonrakı dövrə də aiddir.
  • Peşəkar və etik davranış nümayiş etdirmək.